...Hələ o vaxt, “iranlı qardaşlarımız” beynəlxalq sanksiyalar altında olan “Fars Air Qeshm” aviaşirkətinin təyyarələri ilə İrəvana daşıyıb erməniləri “xımır-xımır yedizdirəndə”, deyilənə görə, guya ABŞ elə də duyuq düşməyibmiş. Amma, buna baxmayaraq, ermənilərin özləri “ehtiyatlanırmışlar”.
Yadımdadır, həmən ərəfədə erməni ekspertlərindən olan Suren Sarkisyan erməni hakimiyyətini ehtiyatlı olmağa çağırırdı. Amma həmən ərəfədə ermənilər üçün həmişə olduğu kimi... bu dəfə də “xətər xətərsiz sovuşdu”.
Amma bu dəfə deyəsən, məsələ ciddidir? Qeyd edək ki, bir müddət bundan əvvəl “Financial Times” nəşri Hindistan, Çin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistanın işğalçı ölkəyə, yəni Rusiyaya yardım etdiyinə görə sanksiyalara məruz qala biləcəyi barədə material vermişdi.
Əslində, “işğalçı ölkəyə yardım” deyəndə, elə bütün azuqəsini Rusiyadan alan Ermənistanın bu ölkəyə hansı yardımı göstərdiyi bir qədər gülməli görünür.
Amma erməni, “altdan-altdan” iş görmürsə və ya işi keçənə yalmanmırsa...onda bu erməni olmur ki...
Diqqət yetirin, Ermənistan həmişə Krımın ilhaqını dəstəkləyən qətnamələrə səs verib. Rusların Ukraynaya qarşı apardığı müharibəyə dəstək məqsədilə İrəvanda ars-sıra mitinqlər keçirib və hətta deyilənə görə, ermənilərin “erməni qartalları” adlı yaraqlıları (?) Putinə məktub yazaraq Donbasa-ukraynalılara qarşı “döyüşməyə” hazır olduqlarını bildirmişdilər.
Təbii ki, elə bunlar Ermənistanın genişmiqyaslı Qərb sanksiyaları altında qala bilməsinə kifayət edir.
Yeri gəlmişkən, ötən gün Ermənistandakl işəgötürənlər ittifaqının sədri Qaqik Makaryan da bunu etiraf edib.
Onun proqnozlarımıza görə, Rusiya Federasiyası ilə Qərb arasında geosiyasi münaqişənin dərinləşməsi paralel olaraq Ermənistanda iqtisadi vəziyyəti daha da pisləşdirə bilər.
Makaryanın fikrincə, Ermənistanın timsalında bu münaqişə ermənilərə qarşı məhdudiyyətlərin və sanksiyaların tətbiqinə çevrilə bilər: “...Biz artıq görürük ki, Rusiya Federasiyasına təcrid məqsədi ilə artan təzyiqlərlə paralel olaraq ABŞ, Böyük Britaniya və Avropa İttifaqı digər ölkələrə qarşı getdikcə daha çox yeni tələblər irəli sürürlər. Təbii ki, Ermənistan da burada istisna deyil”.
Qeyd edilməlidir ki, Ermənistan qarşısında irəli sürülən tələblər və ümumiyyətlə onların icrası ölkənin Avrasiya İqtisadi Birliyinə üzv olması ilə bir araya sığmır.
Makaryan, bu gün ABŞ-ın Ermənistana etdiyi maliyyə yardımını, Avropa İttifaqının ölkədə həyata keçirdiyi sosial-iqtisadi proqramları, habelə BMT-nin və digər beynəlxalq təşkilatların Ermənistanın inkişafına verdikləri töhfəni gizlətmir.
Amma zaman keçdikcə bu istiqamətdə vəziyyətin daha da pisləşəcəyini də istisna etmir. Çünki Rusiya -Ukrayna münaqişənin sonu hələ görünmür. Ona görə də, Ermənistan rəhbərliyi mümkün qədər tez alternativ həll yolları təklif etməlidir.
Makaryanın sözlərinə görə, Ermənistan artıq qismən də olsa anti-Rusiya sanksiyalarının təsirinə məruz qalıb. Xüsusilə də, son zamanlar ölkəyə böyük dollar köçürmələrində ciddi məhdudiyyətlər yaranıb.
...Ermənistana kənar ianələr kəsilməsi, həmişə xeyli erməninin ölkədən qaçmasıyla sonunclanır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB