Yaşayış binasında qaz partlayışı nəticəsində ölən və yaralanalar olub

Yaşayış binasında qaz partlayışı nəticəsində ölən və yaralanalar olub

Çinin Tiencin şəhərində yaşayış binasında güclü qaz partlayışı nəticəsində 4 nəfər ölüb. Hadisə nəticəsində 13 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, iyulun 19-da Beyçen rayonunda baş verən partlayış nəticəsində altımərtəbəli binaya ciddi ziyan dəyib. Hadisə nəticəsində bir neçə nəfər dağıntı altında qalıb. Xilasedicilər dağıntı altından 2 nəfəri sağ çıxara bilsələr də, digər 4 nəfərin meyiti tapılıb.

Partlayışın başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə