Bayden xərçəngə yoluxduğunu deyir...

Bayden xərçəngə yoluxduğunu deyir...

ABŞ prezidenti Cozef Bayden böyüdüyü regionda ətraf mühitin çirklənməsi səbəbindən xərçəng xəstəliyinə tutulduğunu bildirib. SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd edək ki, TASS bu fikirləri amerikalı liderin Massaçusetsdə iqlim dəyişikliyinin yaratdığı böhranın nəticələri ilə mübarizə mövzusunda çıxışına istinadən bildirib.

Maraqlıdır ki, çıxışında uşaqlıq xatirələrindən danışan amerikalı prezident ətraf mühitin çirklənməsi səbəbindən təkcə özünün yox, əksər həmyaşıdlarının da xərçəngə yoluxduğunu istisna etməyib.

Qeyd edilməlidir ki, Respublikaçılar Partiyasının Milli Komitəsi Baydenin xərçəngə yoluxmasıyla bağlı mesajına “Twitter”də aydınlaşdırıcı sual yazaraq cavab verib.

Məsələn, “The Washington Post” qəzetinin redaktorlarından biri Qlenn Kessler xatırladıb ki, Bayden prezidentlik müddətindən əvvəl ondan melanoma olmayan dəri şişləri götürülüb. ABŞ rəhbəri çıxışında indiki zamanda danışıb.

Media prezidentin səhv danışdığını irəli sürüb.

Xatırladaq ki, Bayden bir müddət bundan əvvəl 2015-ci ilin mayında 46 yaşında beyin xərçəngindən vəfat edən böyük oğlu Bonun dövlət başçısı olacağını demişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə