Türkiyənin çay ixracında rekord artım qeydə alınıb

2022-ci ilin yanvar-iyun aylarında Türkiyədən avrozona başda olmaqla 97 ölkəyə çay ixrac edilib.
Türkiyənin çay ixracında rekord artım qeydə alınıb

Şərqi Qara Dəniz İxracatçılar Birliyinin (ŞQİB) açıqladığı hesabatda bu barədə məlumat verilib. Bildirilib ki, cari ilin ilk yarısında Türkiyədən 97 ölkəyə 3 min 652 ton çay ixrac edilərək 12 milyon 234 min 737 dollar gəlir əldə edilib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, hesabata görə 2022-ci ilin ilk 6 ayında çay ixracı əvvəlki ilin müvafiq dövrünə müqayisədə 41% artıb.

2022-ci ilin ilk altı ayında ən çox çay ixrac edilən ölkələrin başında sırası ilə Belçika, Böyük Britaniya və Almaniya iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə