Bir həftədir isti dalğasının təsiri altında olan İspaniya 30 fərqli nöqtədə baş verən meşə yanğınları ilə mübarizə aparır. Paytaxt Madriddən Ferrola gedən sərnişin qatarı alovlar içində qalıb. Bir neçə dəqiqə dayandıqdan sonra qatar yoluna davam edib. Bu il ölkədə 70 min hektardan çox ərazi yanıb. SİA-nın əldə etdiyi məlumata görə, bildirilir ki, bu, son 10 ilin ən böyük göstəricisidir.
Portuqaliyada rekord hava istiliyinə görə başlayan yanğınlar minlərlə hektar meşəlik ərazini külə çevirib. Bu il ölkədə 40 min hektara yaxın ərazi yanıb.
Fransanın Jironda bölgəsi bir həftədir alovlara bürünüb. Davam edən meşə yanğınlarında təxminən 18 min hektar ərazi məhv olub. Bölgədən 31 mindən çox insan köçürülüb.
Yunanıstanın paytaxtı Afinanın şimalında baş verən yanğın yaşayış məntəqələrini təhdid edir. Güclü fırtınalar söndürmə işlərini çətinləşdirir.
İtaliyanın şimaldan cənuba müxtəlif bölgələrində baş verən meşə yanğınları gündəlik həyata mənfi təsir edib. Ölkənin mərkəzi hissəsindəki Oriveto şəhəri ətrafında başlayan meşə yanğını şimal-cənub oxunda dəmir yolu nəqliyyatında axsamalara səbəb olub.
Meşə yanğını səbəbindən paytaxt Roma ilə Florensiyanı birləşdirən sürətli qatar xətti və adi dəmir yolu xətti kəsilib, uzun gecikmələr yaranıb.
Qərbi Toskana bölgəsindəki Massarosa təpələrində baş verən yanğın yaşayış məntəqələrini təhdid etdiyi üçün 100 nəfər təxliyə edilib. Massarosada indiyədək 360 hektar ərazi yanğından zərər çəkib.
İngiltərədə ötən gün termometrlər ilk dəfə olaraq 40,2 dərəcə göstərib. Paytaxt Londonun cənubundakı şəhərətrafı məhəllədə baş verən yanğında evləri alov bürüyüb.
Tunisdə Hammam əl-Enfdəki Bukurnin dağı yaxınlığındakı meşə yanğınları ilə mübarizə aparılır.
Əlcəzair yanğınsöndürmə işlərinə kömək etmək üçün bu ölkəyə 2 helikopter və 20 böyük tipli yanğınsöndürən maşın göndərməyə qərar verib.
Mərakeşdə meşə yanğınları 7-ci gündür davam edir.
Kanadada Səhiyyə Nazirliyi yanğına səbəb ola biləcəyi qorxusu ilə 10 milyondan çox siqaret qutusunu bazardan geri çağırıb.
Nazirlikdən verilən açıqlamada siyahı olaraq dərc edilən siqaret markaları üçün "artan yanğın təhlükəsi" ilə bağlı narahatlıqlar qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB