ABŞ və müttəfiqləri 20-dən çox HIMARS Ukraynaya verəcək

ABŞ və müttəfiqləri 20-dən çox HIMARS Ukraynaya verəcək

Amerika Birləşmiş Ştatlar və onun müttəfiqləri Ukraynaya verəcəyi 20-dən çox HIMARS reaktiv yaylım atəşi sistemindən 12-ni artıq təhvil verib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Qərargah Rəisləri Komitəsinin sədri Mark Milley bildirib.

Bu həftə təqdim olunacaq növbəti yardım paketinə uçuş məsafəsi 80 kilometr olan HIMARS-la yanaşı yanaşı, daha dörd MLRS veriləcək.

Bundan əvvəl Pentaqon bildirmişdi ki, ABŞ hələlik 80 km-dən çox mənzilli HIMARS üçün mərmiləri Ukraynaya ötürmək istəmir.

Müdafiə naziri Lloyd Ostin hesab edir ki, mövcud sursatların imkanları kifayətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə