ABŞ ukraynalı pilotların hazırlanması məsələsini öyrənir

ABŞ ukraynalı pilotların hazırlanması məsələsini öyrənir

Hazırda ABŞ hakimiyyəti silahlı Ukrayna birləşmələri üçün hərbi pilotların hazırlanması məsələsini araşdırır, lakin hələlik bu məsələ ilə bağlı heç bir qərar verilməyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə iyulun 20-də Kiyevə hərbi yardım göstərən ölkələrin dördüncü iclasından sonra keçirilən mətbuat konfransında ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millli bildirib.

Vaşinqton pilotların hazırlanması da daxil olmaqla geniş variantları araşdırır, dedi. Əlavə edirik ki, daha əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna hərbi pilotlarının Amerika istehsalı olan təyyarələrdə təlimi üçün 100 milyon dolların ayrılmasını nəzərdə tutan təşəbbüsü təsdiqləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə