Uqandada malyariya epidemiyası tüğyan edir

Şərqi Afrika ölkəsi Uqandada ilin ilk 3 ayında aralarında hamilə qadın və uşaqların da olduğu yüzlərlə insan malyariya xəstəliyindən həyətını itirib.
Uqandada malyariya epidemiyası tüğyan edir

Uqanda Səhiyyə naziri Ruth Acenq parlamentdəki çıxışında Yanvar-mart ayları arasında malyariyadan ölənlərin sayını paylaşıb və epidemiyanın sürətlə yayıldığına diqqət çəkib.

Acenqin sözlərinə görə cari ilin ilk 3 ayında ölkədə malyariyadan 628 hamilə qadın və uşaq həyatını itirib. SİA-nın əldə etdiyi məlumata görə, nazir qeyd edib ki sözügedən tarixdə ölənlərin 371-i 5 yaşdan kiçik uşaq, 257-nin isə hamilə qadın olub. 2019-cu ildən bəri ölkəmizdə malyariyadan ölənlərin sayının artdığını müşahidə edirik. lazımlı tədbirlər həyata keçirilməsə vəziyyət daha da pisləşə bilər.

Demək olar ki, ən ölümcül xəstəliklər arasında ilk sıralarda iştirak edən və hər 2 dəqiqədə bir uşaq ölümünə səbəb olan malyariya daha çox Afrikada qeydə alınır.

Bütün xəbərlər Facebook səhifəmizdə