Rusiya Qərb dövlətləri üçün təhlükədir

Rusiya Qərb dövlətləri üçün təhlükədir

...Rusiya və Ukrayna arasında hərbi münaqişə Qərb dövlətləri üçün ən aktual problemdir, lakin bununla belə Qərb Çindən gələn təhlükəni də əzərə almalıdır, çünki bu dövlət uzunmüddətli perspektivdə təhlükə yaradır.

“İzvestiya” portalı “Sky News” kanalına istinadən xəbər verir ki, bu barədə Kral Hərbi Dəniz Qüvvələrinin və Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin rəhbəri Ben Kay bildirib.

SİA bu barədə rus saytlarına istinad edir.

Beləliklə, Kayın sözlərinə görə, hazırda ən böyük təhlükə Rusiyadır, lakin Qərb Çindən gələn təhlükəni də unutmamalıdır.

“...Yalnız Rusiyaya diqqət yetirməyin riski ondan ibarətdir ki, siz Çinin irəli sürdüyü uzunmüddətli strateji problemi görməzdən gəlirsiniz. Biz Rusiyanı açıq və indiki təhlükə kimi görsək də, Çin uzunmüddətli çağırışdır”, - Kay deyib.

Nəşr xatırladır ki, Çinin milli gəliri Rusiyanın gəlirlərini 10 dəfə, hərbi xərcləri isə dörd dəfədən çox üstələyir.

Bundan əvvəl Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirmişdi ki, Çin Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan mümkün yan keçməyə görə baha başa gələcək. O, izah edib ki, Vaşinqton indiyədək Çin tərəfindən bu cür hərəkətləri qeydə almayıb, lakin sanksiyalar rejiminə riayət olunmasını yaxından izləməyə davam edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə