Yaponiyalı “topa güllə qoyan”...

Yaponiyalı “topa güllə qoyan”...

Yaponiyalı politoloq İvao Osakinin iddiasına görə, Ukraynanı Qərbin qalasına çevirən ABŞ guya Rusiya prezidenti Vladimir Putinə xüsusi əməliyyat keçirməkdən başqa bir seçim qoymayıb.

Onun sözlərinə görə, Vaşinqton Ukraynanın NATO-ya daxil olması ideyasına aludə olub deyə, ölkəni müasir silahlarla təchiz edib.

Osaki Yaponiyanın “JB Press” nəşri üçün yazdığı məqaləsində guya Putinin bunu dövlətin sağ qalması üçün təhlükə kimi qiymətləndirib və fevralın 24-də xüsusi əməliyyata başladığını deyir.

O, ABŞ-ın Şərqi Avropada cəhənnəmi yaratdığını da əlavə edib.

Bu arada Federasiya Şurasının sədri Valentina Matvienko Ukraynadakı xüsusi hərbi əməliyyatın plan üzrə, aydın və ardıcıl şəkildə həyata keçirildiyini bildirib.

Maraqlıdır, sual oluna bilər, bəs hər həftə əsasən Rusiyada yaşayan azsaylı xalqların Ukraynaya, ölümə göndərilən gəncləri...bunlar da “aydın və ardıcıl şəkildə həyata keçirilən” plana daxildir?

Bu arada Putin də sinəsini qabağa verərək deyib ki, Ukraynadakı xüsusi hərbi əməliyyat Amerika tipli dünya düzəninin dağılmasının və ABŞ-ın liberal qlobalist eqosentrizminə deyil, həqiqi suverenliyə əsaslanan həqiqətən çoxqütblü xalqların dünyaya keçidin başlanğıcı olub.

...Müharibə isə “aydın və ardıcıl” axarıyla davam edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə