Avtomobil uşaq bağçası şagirdlərinə çırpılıb

Avtomobil uşaq bağçası şagirdlərinə çırpılıb

Çərşənbə günü Yaponiyanın Şizuoka prefekturasında avtomobil bir qrup uşaq bağçası şagirdlərinin üzərinə çırpılıb. bu SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri TBS telekanalı yayıb.

Qeyd olunur ki, hadisə Yoşida şəhərindəki piyada keçidində baş verib. Polisin məlumatına görə, bir müəllim və iki uşaq yüngül xəsarətlər alıb. Müəllimin uşaqları sipər etməyi bacardığı vurğulanır. Hazırda polis hadisənin başvermə şəraitini araşdırır və sürücünü dindirir.

Əli

Bütün xəbərlər Facebook səhifəmizdə