Əgər Moskva bunu reallaşdırmaq istəsə...

Əgər Moskva bunu reallaşdırmaq istəsə...

...Əgər Moskva Ukraynanın nəzarətinə götürdüyü rayonlarını öz ərazisinə birləşdirməyə çalışarsa, bu vaxr ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirərək, onun hərbi potensialını zəiflətməyə çalışacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ağ Evdə Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“...Biz əlavə sanksiyalar tətbiq edə, mövcud sanksiyaları sərtləşdirə və Putinin müharibəni davam etdirmək imkanlarını məhdudlaşdırmağa davam edə bilərik”-deyə Kirbi vurğulayıb.

Bundan əlavə, o, Rusiyanın iddia edilən hərəkətlərinə ABŞ prezidenti Cozef Bayden administrasiyasının hansı tədbirləri görəcəyi ilə bağlı sualı cavablandırıb.

Kirbi Rusiyaya qarşı tətbiq edilən sanksiyalar nəticəsində Rusiyada inflyasiyanın 20 faizə yüksəldiyini, idxalın isə 40 faizə düşdüyünü deyib. O, əmin olduğunu bildirib ki, qoyulan məhdudiyyətlər Moskvanı öz hərəkətlərinin nəticələri ilə üzləşməyə məcbur edib və ABŞ bu nəticələri “daha ​​da ağırlaşdırmaq” niyyətindədir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında hərbi münaqişə zamanı rus qoşunları Xerson vilayətinə və Zaporojye vilayətinin Azov hissəsinə nəzarəti ələ keçirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə