Baş nazir seçkilərinin növbəti mərhələsinə üç namizəd keçib

Baş nazir seçkilərinin növbəti mərhələsinə üç namizəd keçib

Böyük Britaniyanın keçmiş bərabərlik və yerli özünüidarəetmə naziri Kemi Beydnok seçkilərin dördüncü turundan sonra Mühafizəkarlar Partiyasının lideri və müvafiq olaraq ölkənin baş naziri postu uğrunda mübarizəni dayandırıb, üç namizəd mübarizəni davam etdirir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Sky News” məlumat yayıb.

Səsvermənin nəticələrini “Sky News”un efirində “1922-ci il Komitəsi”nin (Böyük Britaniya İcmalar Palatasındakı Mühafizəkarlar Partiyasından olan parlament qrupu) rəhbəri ser Qrem Bredi açıqlayıb. Onun sözlərinə görə, Beydnok seçki yarışı zamanı hamıdan az səs toplayıb (59). Telekanal isə öz növbəsində qeyd edir ki, səsvermənin dördüncü turunda o, yalnız 1 səs qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB