“Bu müharibə onu bitirdi...”

Bu arada Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Rusiya lideri Vladimir Putini “yazıq, köhnəlmiş qoca” adlandırıb.

SİA-nın rusdilli saytlardan əldə etdiyi məlumata görə, o, bu barədə rusiyalı hüquq müdafiəçisi Mark Feyqinlə efirdə çıxışı zamanı müvafiq açıqlama verib.

“Siz onun şəkillərini görmüsünüz? O, yazıq, köhnəlmiş qocadır”.

Maraqlıdır ki, Aretoviçin dedikləri ilə Feyqin də razılaşır.

O hətta Putinin yarım çömbələrək yeridiyini misal gətirərək, onun onurğa sütununda problemlər olduğunu və ya xarici təzahürlər olmadan belə daxili xəstəliklərin olduğunu bildirib. Qeyd edək ki, Feyqin onun son illər qoca görkəmi aldığna da diqqət çəkib.

Aretoviç isə bunu Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirərək, “...bu müharibə onu bitirdi” -deyə bildirib.

Yeri gəlmişkən bundan əvvəl müxtəlif ölkələrin bir sıra ekspert və media nümayəndələri Vladimir Putinin xəstə olduğunu iddia etmişdi. Xüsusən də Rusiya prezidentinə müxtəlif xərçəng növləri, həmçinin şizofreniya, demans və Parkinson xəstəliyi diaqnozları qoymuşdular.

Xatırladaq ki, mayın sonunda Rusiya rəhbərinin əməliyyat olunduğu barədə məlumat yayılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə