Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiya prezidenti Vladimir Putinin İrana səfərini digər məsələlərlə yanaşı, ölkədə yaranmış silah qıtlığı ilə əlaqələndirib.
Belə ki, o Rusiya hərbi sənaye kompleksinin Ukraynada hərbi xüsusi əməliyyatı davam etdirməklə bağlı yaşadığı çətinlikləri göstərib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.
Kirbi ABŞ-ın Rusiya liderinin Tehran səfərini necə qiymətləndirdiyi sualına belə cavab verib: “Birincisi, bu, Putin və Rusiyanın təcrid dərəcəsini göstərir. İndi onlar kömək üçün İrana üz tutmağa məcburdurlar”.
Kirbi həmçinin qeyd edib ki, “sanksiyalar və ixrac nəzarətləri səbəbindən” Rusiya Federasiyasında “yüksək dəqiqlikli idarə olunan raketlər və müasir sistemlər, tanklar, hətta təyyarələr, xüsusən də mikroelektronika ilə bağlı problemlər” var.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB