Ramzanın  “tapıntısı...”

Çeçenistan rəhbəri Ramzan Kadırov teleaparıcı Vladimir Solovyovun Qroznıya səfərindən danışıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Telegram-da dərc etdiyi paylaşımda o, jurnalistə münasibətini açıqlayıb, həmçinin onu Qroznıya qonaq dəvət edib.

Beləliklə, Kadırovun sözlərinə görə,.. əvvəllər aralarında yaranmış xırda münaqişəyə baxmayaraq, Solovyov bu dəfə ona yaxşı təsir bağışlayıb.

Demə, Ramzan yeni kəşfetmə xüsusiyətlərinə də malik imiş ki, bu dəfə onu Vladimir Rudolfoviçdədə kəşf edib. Belə ki, Solovyov sadəcə yaxşı jurnalist deyilmiş, o həm də Rusiyada müxtəlif proseslərin idarə olunmasının incəliklərini yaxşı bilən əsl dövlət xadimi imiş. Ramzan bunu təzəcə kəşf edib.

Təbii ki, burada təəccüblü elə də bir şey yoxdur. Çünki, bütün günü Putinə yarınmaq üçün “Zelenskinin tərksplah edilib hüzuruna gətirilməsi” kimi gic-gic “ssenarilər” düşünən Ramzanın həyatı boyu görüşdüyü ən “savadlı adam” bəlkə də elə Solovyovdur.

Sən demə...“Solovyova heç bir fırıldaq vərəqləri və ya əvvəlcədən hazırlanmış ssenarilər lazım deyil”. Bunu da Ramzan deyib. Amma, deyim ki, bunu doğru deyib. Çünki fırıldaqçılıq və yaltaqlığın qan qohumları olduğunu deyən müdrik, belə görünür ki, Ramzan kimilərin, bəlkə də intellektual səviyyəsini nəzərə almayıb.

...Amma kimə deyirsən?

“Sizinlə tanış olmaqdan məmnunam, Vladimir Rudolfoviç və məni yenidən ziyarət etməyi səbirsizliklə gözləyirəm. Dağlar artıq gözləyir”. Kadırov yazıb bunları.

Solovyov da özünün "Tam əlaqə" proqramında Çeçenistana səfərindən və respublika rəhbəri ilə görüşündən danışıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə