Ümumdünya Səhiyyə Təşkilatından “Covid-19” ilə bağlı xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada son 5 həftə ərzində yeni növ koronavirusa (Covid-19) yoluxma hallarının artdığına, ölkələrin tədbirləri ləğv etmələri ilə virusun yoluxma sürətinin daha çox artacağına diqqət çəkirlər.
Ümumdünya Səhiyyə Təşkilatından “Covid-19” ilə bağlı xəbərdarlıq

ÜST rəsmiləri tərəfindən verilən açıqlamalarda sözmövzusu artımın əsas səbəbi kimi “Covid-19”-un Omicron variantının alt qruplarıdan BA.4 və BA.5-in Avropaya təsir edərək sürətlə yayılması göstərilir.

Açıqlamalarda Avropa ölkələrinin test və genom sıralama imkanlarının azalmasının da hadisələrin artmasına təkan verdiyinə diqqət çəkilib və bunun ölkələrdə real hal sayının bilinməsinə və kontaktların izlinilməsinə mane olduğu vurğulanıb. SİA-nın əldə etdiyi məlumata görə, virusun davamlı təkamülü nəticəsində peyvəndin effektivliyinin azalması isə önəmli səbəblər arasında göstərilib.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) rəsmiləri bir aydan çoxdur hatisə sayında davam edən artışın region ölkələr üçün geniş miqyaslı “Covid-19” dalğasının başlanğıcı” olacağını proqnozlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə