“...Amerikalılar güclü və hiyləgərdirlər”

“...Amerikalılar güclü və hiyləgərdirlər”

Şimali Atlantika Alyansı Ukraynada dayandırılmasaydı, Krımı bəhanə edərək Rusiya ilə müharibəyə başlayacaqdı.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu çərşənbə axşamı İranın ruhani lideri və rəhbəri Əli Xamneyi Tehranda Rusiya prezidenti Vladimir Putinlə danışıqları zamanı deyib.

"Əgər NATO üçün yol açıqdırsa, deməli, o, heç bir sərhəd görmür. Əgər alyans Ukraynada dayandırılmasaydı, bir müddət sonra Krımı bəhanə edərək müharibəyə başlayardı", - IRNA onun sözlərini sitat gətirib. İranlı siyasətçinin fikrincə, “Qərb qəti şəkildə güclü Rusiyaya qarşıdır”.

Qeyd edək ki, Xamenei “Qərbin aldadıcı hərəkətləri ilə bağlı ayıq-sayıq olmağa çağırıb”.

“...Amerikalılar güclü və hiyləgərdirlər. SSRİ-nin dağılmasına səbəb olan amillərdən biri amerikalı siyasətçilərin aldadılması idi, lakin Rusiya öz müstəqilliyini qoruyub saxlaya bildi”.

Bunu da Xamenei əlavə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə