Britaniyada baş nazir seçkilərinin üçüncü turu keçirilib

Britaniyada baş nazir seçkilərinin üçüncü turu keçirilib

Britaniyada baş nazir seçkilərinin üçüncü turu başa çatıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, beş namizəddən dördü artıq növbəti mərhələyə keçib.

Birinci yeri əvvəlki iki turda olduğu kimi 115 səslə keçmiş maliyyə naziri Rişi Sunak tutub. İkinci və üçüncü yerlərdə keçmiş müdafiə naziri Penni Mordaunt (82 səs) və xarici işlər naziri Liz Tras (71 səs) qərarlaşıb. Dördüncü yeri bərabərlik və yerli idarəetmə naziri Kemi Badenox (58 səs) tutub.

Eyni zamanda parlamentin üzvü Tom Tuqendat Britaniya hökumətinin başçısı vəzifəsinə namizədlər siyahısından çıxıb. O, 37 səs toplayıb və beşinci yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə