"...Azərbaycan Avropa İttifaqına qaz satışından təminatlı milyardlar gəlir əldə edəcək. Bu, Azərbaycana getdikcə daha çox müasir silahlar almağa imkan verəcək. Eyni zamanda, Azərbaycan Avropa İttifaqının tənqidindən kənarda qalacaq. Ona demək olar ki, hər şeyə icazə veriləcək. Hətta baş verənlərə qəzəblənmək məcburiyyətində qalan Rusiya da heç nə deməyəcək. Ona görə də qarşıda bizi çox narahat gələcək gözləyir”.
Vay, dadam vay...
Yəqin bu xofun erməni ah-naləsi olduğunu bildiniz. İnanım ki, yuxarıdakı erməni naləsinin heç bir nöqtə və vergülünə toxunulmayıb.
Deyim ki, onların bu dəfəki naləsinə səbəb Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana işgüzar səfəridir.
...Bəs, niyə Ermənistana yox, Azərbaycana? Axı, Nikolun dediyinə görə, o özünü Qərbə “sevimli demokrt” kimi tanıtdığı kimi, Ermənistanı da, onlara “demokratiyanın beşiyi” kimi tanıdıb və “sevdirə” bilib.
İndi, budurmu, Qərbin ermənilərə olan “sevgisi”?. Özlüyündə bu səfər artıq Ermənistanda əsaslı narahatlığa səbəb olmalıdır.
Ermənilərin dediyinə görə, bu Avropa İttifaqının Ermənistana hörmətsizliyindən başqa bir şey deyil.
...O vaxt, 44 günlük müharibə dövründə, Avropa İttifaqı tərəfindən bizə qahmar çıxası heç bir real addım görmədik. Amma həmən bu Avropa İttifaqı Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı böyük sanksiyalar tətbiq edib.
Belə görünür ki, Azərbaycana qarşı bu vaxta qədər heç bir embarqo və ya sanksiyalar tətbiq etməyən Qərb, çətin ki, bundan sonra nəsə edə...
Vay, dadam vay...
“Avropa İttifaqı daha etibarlı enerji təchizatçılarına müraciət edir. Bu gün mən Azərbaycanda yeni müqavilə imzalamaq üçün gəlmişəm. Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Avropa İttifaqına qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan təchizat təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda mühüm tərəfdaş olacaq”
Yox, əgər Avropa Komissiyasının Prezidenti öz “Twitter” səhifəsində bunları yazırsa, onda...vay, bizim halımıza...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB