Hindistanla ABŞ arasında qalmaqal yaradan qadın həbs edilib

Hindistanla ABŞ arasında qalmaqal yaradan qadın həbs edilib

Hindistanla ABŞ arasında qalmaqal yaradan qadın həbs edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ABŞ vətəndaşı Xloya Rene MakLaflin Hindistanda özünün oğurlandığını saxtalaşdırmağa cəhd etdikdən sonra həbs olunub.

Qeyd edilir ki, qadın Dehliyə mayın 3-də gəlib və ailəsinə naməlum şəxsin hücumuna məruz qaldığını bildirib, bundan sonra onunla əlaqə kəsilib. İyulun 9-da o, ABŞ məmurlarına emosional və fiziki işgəncələrə məruz qaldığı “təhlükəsiz mühitdə” olduğunu bildirən elektron məktub göndərib. Bir gün sonra qadın anası Sandraya vatsap videozəngi vasitəsilə zəng edib. Ana əlavə məlumat toplamağa çalışıb, lakin otağa naməlum şəxs daxil olub və zəng başa çatıb.

ABŞ səfirliyi Hindistan hüquq-mühafizə orqanlarının cinayət işi açdığı insidentlə bağlı narahatlığını bildirib. Araşdırmalar zamanı qadının qaldığı Nigeriya vətəndaşı Okoroafora Çibuike Okoro ilə cinayət əlaqəsinə girdiyi, həmin şəxsin vatsapla zəng etmək üçün ona mobil telefon da verdiyi məlum olub. Nigeriya vətəndaşı dindirilmə zamanı polisə amerikalının yeri barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə