İnterpol tərəfindən axtarılan terrorçu zərərsizləşdirildi

İnterpol tərəfindən axtarılan terrorçu zərərsizləşdirildi

Beynəlxalq Polis Təşkilatı (İnterpol) tərəfindən qırmızı bülletenlə axtarışa verilən Azat Kendal ləqəbli Necati Utku zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Daxili işlər naziri Süleyman Soylu sosial media hesabından bu barədə açıqlama verib. O: “Qırmızı bülletenlə axtarışda olan və axtarılan terrorçular siyahısında narıncı kateqoriyada yer alan Azat Kendal ləqəbli Necati Utku ilə separatçı terror təşkilatı PKK-nın daha bir üzvü kəşfiyyat xidməti və Diyarbakır polis idarəsinin birgə əməliyyatı nəticəsihndə zərərsizləşdirilib. Qəhrəman təhlükəsizlik qüvvələrimizə uğurlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə