Mandelanın fikirləri hazırkı geosiyasi vəziyyət üçün çox uyğundur

Mandelanın fikirləri hazırkı geosiyasi vəziyyət üçün çox uyğundur

“Biz vaxtdan müdrikcəsinə istifadə etməliyik və düzgün hərəkət etmək üçün zamanın yetişdiyini anlamalıyıq”.

Nelson Mandelanın anım günündə onun bu müdrik sözlərinin xatırlayırıq. Onun fikirləri hazırkı geosiyasi vəziyyət üçün çox uyğundur.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel tviter hesabındakı paylaşımında bildirib.

Qeyd edək ki, Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti Nelson Mandela 1918-ci il iyulun 18-də anadan olub. Mandela aparteid əleyhinə apardığı mübarizəyə görə 27 il həbsxanada yatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə