Avstriya kansleri Karl Nehammer ölkənin NATO-ya daxil olmaq planlarından danışıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Pravda” xəbər verir.
Beləliklə, kanslerin sözlərinə görə, Avstriya İsveç və Finlandiyadan nümunə götürərək Şimali Atlantika Alyansına qoşulmaq fikrində deyil.
Bununla bağlı qəzet yazır: “Avstriya Avropa İttifaqının beynəlxalq və təhlükəsizlik sahələrində birgə siyasətinə sadiqdir və həmçinin öz müdafiəsinə daha çox sərmayə qoymağı planlaşdırır”.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski bir müddət əvvəl Ukraynanın təhlükəsizliyinin ən yaxşı təminatının onun NATO-ya daxil olmasında gördüyünü bildirmiş və ölkəsinin alyansa qoşulma planlarının dəyişməz qaldığını bildirmişdi. “Hələ heç kim daha yaxşı zəmanət təklif etməyib. Biz müharibənin bitməsinə və təhlükəsizliyimizə zəmanət verəcək istənilən struktura qoşulmağa hazırıq”, - deyə o bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB