Ukrayna üçün daha 500 milyon avro

Ukrayna üçün daha 500 milyon avro

Rus saytlarının yazdığına görə, Avropa İttifaqı Ukraynadakı münaqişənin davam etdirilməsinə israrlıdır deyə, Kiyevə hərbi yardım çərçivəsində daha 500 milyon avro ayırmaq qərarına gəlib.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqınin xarici xidmətinin rəhbəri Josep Borrel bildirib.

Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatlar davam edəcək və Avropa İttifaqı ölkəni lazım olan hər şeylə təmin etmək niyyətindədir. Yeni tranş nəzərə alınmaqla, Avropa Sülh Fondunun Kiyev üçün silahlanmaya ayırdığı məbləğ 2,5 milyard avroya qədər artacaq.

Daha əvvəl bildirilmişdi ki, Avropa Sülh Fondunun tavanı 6 milyard avro təşkil edir və payızda Avropa İttifaqı bu mexanizmdən istifadə etməklə Ukraynaya dəstəyi nəzərdən keçirməli olacaq.

Qeyd üdək ki, tavanı aşmaq Üzv Dövlətlər arasında çətin danışıqları tələb edəcək və alternativ olaraq, digər ölkələr üçün mövcud olan vəsaitlərin azaldılması tələb oluna bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə