Adada 30-a qədər dəniz tısbağası ölü tapılıb

Yaponiyanın Kumejina adasında dəniz tısbağaları boyun nahiyəsindən bıçaqlanaraq öldürülüb
Adada 30-a qədər dəniz tısbağası ölü tapılıb

Yaponiyanın Kumejina adasında dəniz tısbağaları boyun nahiyəsindən bıçaqlanaraq öldürülüb.

"Mainichi" xəbər saytının məlumtana görə, ada sakinləri bölgədə su axınının aşağı düşməsindən sonra tısbağalarla qarşılaşıblar. SİA-nın əldə etdiyi məlumata görə, bildirilir ki bir balıqçı tordan çıxarmaq istədiyi tısbağalara xəsarət yetirdiyini etiraf edib.

Adı açıqlanmayan balıqçı tısbağaların bir hissəsini dənizə buraxdığını, lakin ağır olanları azad edə bilməyincə onlardan qurtulmaq üçün bıçaqla öldürdüyünü deyib.

Qeyd edək ki, yaşıl dəniz tısbağaları Yaponiya hakimiyyəti və qlobal mühafizə qrupları tərəfindən nəsli kəsilməkdə olan növlər hesab edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə