Pakistanda sel fəlakəti yüzlərlə can alıb

Pakistanda sel fəlakəti yüzlərlə can alıb

Pakistanda leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 198-ə yüksəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Pakistanda təsirli olan musson yağışlarının yaratdığı sel fəlakətində ölənlərin sayı artır. Pakistan Milli Fəlakət İdarəsi Agentliyindən (NDMA) verilən açıqlamada, son 24 saatda 7 nəfərin həyatını itirdiyi, daşqınlarda həyatını itirənlərin ümumi sayının isə indiyədək 198-ə yüksəldiyi bildirilib.

Sind əyalətində fövqəladə vəziyyət elan edildikdən sonra səlahiyyətlilər bütün rayon səhiyyə idarələri və xəstəxanalarında nəzarət otaqlarının yaradılmasını tələb ediblər.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə