Avropada “narazılıq qışı” olacaq..?

Avropada “narazılıq qışı” olacaq..?

Avropa ölkələri “narazılıq qışı” üçün resurslar hazırlamalıdır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu finlandiyalı politoloq Mika Aaltola “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, yanacaqdoldurma məntəqələrində qiymətlər “yalnız enerji çatışmazlığı və qiymət artımının müqəddiməsidir”. Politoloq Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatın Rusiya ilə Avropa İttifaqı arasında “geniş miqyaslı məhvetmə müharibəsi”ni ifadə etməsi fikrini də ifadə edib. “Putinin strateji silahı - Avropanın Rusiyadan enerji asılılığı diqqəti Ukraynadakı münaqişədən ölkələrin daxili siyasəti ilə Avropa İttifaqı arasındakı ziddiyyətlərə yönəldir”. Bunu Aaltola bildirib.

Finlandiyalı politoloq qeyd edib ki, bir çox ölkələr getdikcə daha mürəkkəb siyasi çağırışlarla üzləşirlər. Bu da öz növbəsində onların Rusiya ilə bağlı qərarlarına təsir edir. Eyni zamanda, Aaltola əmindir ki, mövcud vəziyyət Rusiyanın “ekspansiya siyasətini Qərb enerji alıcıları hesabına maliyyələşdirmək” imkanlarına da zərbə vurur. “Narazılıq qışı” Rusiyanın özü üçün yorucu olacaq”, - deyə o, proqnozlaşdırıb.

Bundan əvvəl “Forbes” jurnalı xəbərdarlıq etmişdi ki, əgər “Şimal axını” qaz kəməri planlı təmir dayandırıldıqdan sonra işə salınmasa, Almaniya ağır nəticələrlə üzləşəcək. Nəşr qeyd edir ki, elektrik enerjisi istehlakının normalaşdırılmasına görə əsas zərbə sənaye sektoruna dəyəcək. Bu, iş yerlərinin ixtisarına və istehsal məhdudiyyətlərinə səbəb olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə