Çin Ukrayna böhranını sərt dərs adlandırıb

Çin Ukrayna böhranını sərt dərs adlandırıb

Çinin xarici işlər naziri Vanq Yi Pekinin Ukraynadakı münaqişənin gərginləşməsi zamanı boş dayanmayacağını və inadla sülh danışıqlarına yardım edəcəyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.

Macarıstanlı həmkarı Peter Szijarto ilə telefon danışığı zamanı nazir qeyd edib ki, Çin Ukrayna böhranında iştirak edən dövlətlərdən biri deyil. “Lakin biz arxada oturmaq və baş verənləri kənardan passiv müşahidə etmək niyyətində deyilik”.

Nazir Ukraynadakı böhranın onlara ağır dərs verdiyini və hər bir maraqlı tərəfin bunu ciddi qəbul etuməli olduğu bildirib.

Qeyd edək ki, iyunun 15-də Çin prezidenti Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Ukraynadakı vəziyyətin həllinə görə bütün məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib.

“Maraqlı tərəflərin hər biri Ukraynadakı böhranın düzgün həllinə töhfə verməklə məsuliyyətli mövqe tutmalıdır. Çin öz konstruktiv rolunu oynamağa davam etməyə hazırdır”.

Bunu Çin səlahiyyətlisi bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə