Doğrudan da, ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

Doğrudan da, ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

...Avqustun 1-dən Tbilisi Ukraynadan olan qaçqınlara ev verilməsini dayandıracaq. Bu barədə “Russia Today” Telegram kanalı məlumat yayıb.

SİA bu barədə “rambler”ə istinad edir.

Əvəzində ukraynalılara hər ailəyə 300 lari (təxminən 5800 rubl), həmçinin adambaşına əlavə 45 lari (təxminən 870 rubl) məbləğində müavinət ödəniləcək.

Tbilisi meriyasının məlumatına görə, bu günə qədər şəhərdə köçürülmə proqramından 5100 nəfər faydalanıb. İyulun sonuna kimi ukraynalılara belə dəstək üçün büdcə xərclərinin 14 milyon lariyə (279 milyon rubl) çatacağı gözlənilir.
...Bunun ardınca, rus xatırlamasına görə, bir müddət bundan əvvəl britaniyalı zabit Dadli Malster 5 uşaqlı ukraynalı qaçqın ailəsini qovub. Hadisə Hempşir ştatının Feyrhem şəhərində baş verib. Kiyevdən olan ailə başçısı Maksim Hirikin dediyi kimi, əvvəlcə ev sahibləri onlara hərarət və qonaqpərvərliklə yanaşdılar. Lakin bir neçə həftə sonra Malsterlər heç bir xəbərdarlıq və izahat vermədən müqaviləni ləğv etmək qərarına gəliblər.

Ağasəf Babaye v

Bütün xəbərlər Facebook səhifəmizdə