"Dom Ter-Petrosyana bomba pirnesom”

"Dom Ter-Petrosyana bomba pirnesom”

Deməli, elə bu gecə İrəvan polisinə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın evinə bomba qoyulması barədə anonim zəng daxil olub.

Zəngə cavab olaraq polisin və İrəvan Patrul Alayının bir qrup mütəxəssisi eks-prezidentin malikanəsinin ərazisini yoxlamaq üçün dərhal Ter-Petrosyanın evinə gəliblər.

SİA “Sputnik-Armeniya”nın yazdığına istinadən bildirir ki, sonda zəng edənin adi telefon terrorçularından bağqa biri olmadığə məlum olub. Bekarçılıqdan İrəvan polisi ilə “məzələnirmiş”.

Sonda isə, nə Ter-Petrosyanın evində, nə də digər təhlükəli obyektlərdə bomba-filan tapmaq mümkün olmayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə