Belarus ordusu “S-400” ilə silahlan(dırıl)acaq

Belarus ordusu “S-400” ilə silahlan(dırıl)acaq

Yaxın vaxtlarda Belarus ordusu “S-400” zenit-raket kompleksləri ilə silahlan(dırıl)acaq.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Belarus Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanının müavini Dmitri Mixolap STV telekanalına müsahibəsində bildirib.

Mixolapın dediyi kimi, “S-400”-dən əlavə “Mi-35” helikopteri də tezliklə Belarus ordusunun xidmətinə veriləcək. Hazırda məsələ üzərində iş gedir, deyə komandan müavini vurğulayıb.

Hələ may ayında Belarus prezidenti Aleksandr Lukaşenko Minskin Moskvadan “lazımi miqdarda” “İskəndər” əməliyyat-taktiki raket kompleksləri (OTRK) və “S-400” aldığı barədə bildirmişdi. Belarus liderinin sözlərinə görə, o, Rusiya prezidenti Vladimir Putinlə raket sistemlərinin alınması ilə bağlı razılığa gəliblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə