Çində daşqınlarda ölənlərin sayı durmadan artır

Çində daşqınlarda ölənlərin sayı durmadan artır

Çinin cənub-qərbindəki Siçuan əyalətində daşqınlar nəticəsində 6 nəfər ölüb, 12 nəfər itkin düşüb. SİA xəbər verir ki, bu barədə “Sina” informasiya portalı məlumat yayıb.

Daşqın iyulun 15-də və 16-da Beyçuan- Çyansk muxtar dairəsi ərazisində yağan güclü yağışlar nəticəsində baş verib. Nəticədə 13 kənddə 22,3 min nəfər təbii fəlakətin təsiri ilə üzləşib, yollara və elektrik xətlərinə ciddi ziyan dəyib.

Güclü yağışlardan zərər çəkmiş ərazilərə xilasedicilər və həkimlər göndərilib, itkin düşən sakinlərin axtarışları davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə