Ukrayna təyyarəsi Yunanıstanda qəzaya uğrayıb

Ukrayna təyyarəsi Yunanıstanda qəzaya uğrayıb

Yunanıstanın şimalında Ukraynanın Antonov yük təyyarəsi qəzaya uğrayıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Yunanıstanın İctimai Televiziyası məlumat yayıb.

Ukraynadan qalxan təyyarə Serbiyadan İordaniyaya uçurdu.

İlkin məlumata görə, təyyarədə səkkiz nəfərdən ibarət ekipaj olub.

Pilot dispetçerə mühərrikin nasazlığı barədə məlumat verib, bundan sonra o, Kavala hava limanında təcili eniş üçün icazə alıb, lakin hava gəmisi \ radarlardan itib.

Bütün xəbərlər Facebook səhifəmizdə