Oğurluğa cəhd zamanı 12 vaqon relsdən çıxıb

Oğurluğa cəhd zamanı 12 vaqon relsdən çıxıb

Rusiyan;n Tula vilayətində 12 qatar vaqonu metal oğurlamaq cəhdi səbəbindən relsdən çıxıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Vesti.az yerli” "Tula Press" qəzetinə istinadən xəbər verir.

Baza Telegram kanalının məlumatına görə, metalı oğurlamağa cəhd edən şəxs dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, metal parçalarından biri dəmir yolu relsinə düşərək qatarın təkərlərinin altına düşüb. Nəticədə qəza baş verib.

...Ərazidə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə