Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında Qroznıda jurnalist Vladimir Solovyovla görüşdüyünü yazıb. Onlar digər məsələlərlə yanaşı, Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı da müzakirə ediblər.
SİA bu barədə rus saytlarına istinad edir.
“Qroznıda bizim hörmətli qonağımızla görüşümüz oldu, görüşdə Ukraynada xüsusi hərbi əməliyyat mövzusuna da toxunduq”.
Nə gözəl, nə gözəl...qeyd edək ki, bunu Kadırov bildirib.
O, jurnalisti bütün həyatını Rusiyanın informasiya sferasında maraqlarının qorunmasına həsr etmiş “böyük hərfli adam” adlandırıb.
Hə, bu ondan da gözəl...
Səfər zamanı Solovyov Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetində olub və təlimatçıların yüksək peşəkarlığına şəxsən əminlik ifadə edib.
Solovyov həmçinin məhz Ramzanın müşayəti ilə Axmat Kadırov adına Şöhrət Memorialını və Şalidəki Müsəlmanların fəxri məscidini də ziyarət edib.
Maraqlıdır ki, burgə ziyarət zamanı Ramzan Kadırov Solovyova özünün sadiq döyüş yoldaşı, Çeçenistan parlamentinin sədri Maqomed Daudova prezident Vladimir Putin tərəfindən “Şərəf” ordeni verildiyini də bildirib. Ramzan onu da bildiribki, guya Ukraynada keçirilən xüsusi əməliyyatın ilk günlərindən Daudov çeçen hərbçilərinin hazırlığına böyük töhfə verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB