ABŞ və Misir prezidentləri dünyadakı ərzaq böhranından danışıb

ABŞ və Misir prezidentləri dünyadakı ərzaq böhranından danışıb

ABŞ prezidenti Co Bayden və Misir prezidenti Əbdülfəttah əs-Sisi dünyadakı ərzaq böhranından narahat olduqlarını bildirib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

Bayden və əs-Sisi terrorizmlə mübarizədə əməkdaşlığa sadiq olduqlarını bildirib.

Tərəflər İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiyanın mühüm nailiyyətlərini alqışlayıblar.

Bəyanatda deyilir ki, ABŞ və Misir Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarından ciddi narahatlıq keçirir.

Bildirilib ki, Rusiya-Ukrayna müharibəsi qlobal təchizat zəncirlərinə və enerjinin qiymətinə təsir edir.

Bütün xəbərlər Facebook səhifəmizdə