Demokratlar seçkilərdə məğlub olsalar...

...Bayden impiçmentlə üzləşə bilər
Demokratlar seçkilərdə məğlub olsalar...
ABŞ Prezidenti Cozef Bayden Demokratlar Partiyasının payız seçkilərində Senat və Nümayəndələr Palatasına nəzarəti itirəcəyi təqdirdə impiçmentlə üzləşə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Newsweek” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, seçkidə uduzacağı təqdirdə Bayden impiçmentlə üzləşə bilər, çünki respublikaçılar buna təşəbbüs göstərmək niyyətlərini artıq bəyan ediblər.

May ayında Massaçusets Universitetində keçirilən sorğuya əsasən, respublikaçıların 68 %-i impiçmenti dəstəkləyib.

İmpiçment Nümayəndələr Palatasında sadə səs çoxluğu ilə qəbul edilə bilər, lakin Prezident yalnız Senatda üçdə iki səs çoxluğu ilə vəzifədən kənarlaşdırıla bilər. Bu, əvvəllər heç vaxt baş verməyib və çətin ki, respublikaçılar 2023-cü ildə lazımi sayda mandat alsınlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com