Ruslar İrandan  dron  alır..?

ABŞ prezident administrasiyasının milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Rusiya rəsmilərinin pilotsuz döyüş təyyarələri əldə etmək üçün son vaxtlar bir neçə dəfə İrana səfər etdiklərini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, məsələnin reallığa oxşarlığı ilə bağlı “Reuters”da da məqalə yer alıb.

“...Biz qiymətləndiririk ki, rəsmi Rusiya nümayəndə heyəti bu yaxınlarda İranın döyüş pilotsuz uçan aparatlarını yoxlayıb... Bildiyimizə görə, Rusiya nümayəndə heyəti ilk dəfədir ki, dronları yoxlamaq üçün bu aerodromda olur”, - deyə Sullivan bildirib.

Müşavir öz ifadəsinə İran PUA-larını göstərən 8 iyun tarixli peyk şəkillərini əlavə edib.

Bu arada Rusiyanın erməni politoloqu Semyon Baqdasarov “irəli çıxaraq nala-mıxa vurmağa” başlayıb. Maraqlıdır ki, o tulası olduğu millətin “tərəfini saxlamağın” mümkünsüzlüyünü qanaraq, bu məlumatın reallığa nə qədər yaxın olduğunu qiymətləndirməyin kifayət qədər çətin olduğunu deyib. Buna baxmayaraq, o bunda “təxribatlı heç nə” görməyib.

Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Ukraynada münaqişənin daha da gərginləşməsinin əleyhinə olduğunu və Moskvaya hərbi texnika, o cümlədən pilotsuz təyyarələr verməyi planlaşdırmadığını bildirmişdi.

O hətta İranın heç bir tərəfə yardım etmədiyini də bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə