NATO-nun Rusiya ilə sərhədə silah yığmasına ehtiyac yoxdur

NATO-nun Rusiya ilə sərhədə silah yığmasına ehtiyac yoxdur

Finlandiya prezidenti Sauli Niiniste Türkiyə ilə Rusiya arasında mümkün yaxınlaşmanın Finlandiya və İsveçin NATO-ya qəbulu prosesinə çox az təsiri olacağını bildirib. “İnterfaks”ın Finlandiyanın “MTV News” telekanalına istinadən verdiyi məlumata görə, Niiniste qeyd edib ki, o, Rusiya ilə Türkiyə arasında münasibətləri birmənalı hesab etmir və Rusiyanın Türkiyə vasitəsilə alyansın genişlənməsinə təsir edə biləcəyinə inanmır.

SİA bu barədə rus saytlarına istinad edir.

“Yadda saxlamağa dəyər ki, təkcə təbəssümlü fotoşəkillər ola bilməz, həm də fonda çoxlu münaqişələr var”. Bunu Niiniste deyib,

“Gördüyümüz ratifikasiyalar çox tez həyata keçirildi. Sürətli, yarış kimi. Düşünürəm ki, yayda mütəmadi olaraq, müsbət xəbərlər gələcək. Eyni zamanda, Türkiyə yəqin ki, bu siyahının sonuncusu olacaq”, – Bunu da Finlandiya prezidenti bildirib.

Niiniste Rusiya ilə ən yüksək dövlət səviyyəsində təmasların daha az olduğunu da bildirib. O, məsələn, Finlandiya körfəzində sərhəd təhlükəsizliyi və yol hərəkəti təhlükəsizliyi kimi məsələlərin həllində Rusiya Federasiyası ilə əlaqələrin saxlanmasının tərəfdarı olduğunu bildirib.

“...Mən başa düşdüyüm qədər, indi Finlandiyanın, hətta NATO-nun da yeni qarnizonlar yaratmasına və ya silahların toplanmasına böyük ehtiyac yoxdur”. Maraqlıdır ki, bunu da Finlandiya prezidenti deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə