Bosniya və Herseqovinanın mərkəzi regionlarında meşə yanğınları baş verib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Çitluk və Çaplyina bələdiyyələrinin sərhədində baş verən meşə yanğını hələlik nəzarət altına alına bilməsə də, yanğının yaşayış məntəqələri üçün təhlükə yaratdığı bildirilib. Üç kilometr ərazini əhatə edən yanğının söndürülməsinə mülki-müdafiə qüvvələri ilə yanaşı, Bosniya və Herseqovina Silahlı Qüvvələrinin helikopterləri də cəlb olunub.
Qismən nəzarət altına alınan yanğının külək səbəbindən yenidən təsirini artırdığı bildirilib.
Bundan başqa, Boraçko gölü yaxınlığında baş verən yanğın isə qismən nəzarət altına alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB