Avropa qovrulur

Dünya bu il dəfələrlə iqlim böhranının acı nəticələri ilə üzləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Avropaya yayılan isti dalğası Portuqaliya, Fransa və İspaniyada meşə yanğınlarını artırmağa davam edərkən, Böyük Britaniya ilk dəfə olaraq “qırmızı xəbərdarlıq” elan edib.

Mütəxəssislər isti dalğasının "səssiz qatil" olduğuna diqqət çəkir və insanları tədbir görməyə çağırır.
Bu il ABŞ-ın Montana ştatında güclü yağış və qarın əriməsi nəticəsində sel fəlakəti yaşanarkən, Meksikanın Monterrey şəhərində həftələrlə davam edən quraqlıq yaşanıb. Norveçin Tromso şəhərində Arktikada rekord temperatur hiss olunarkən, Asiyada istilər səbəbindən quraqlıq baş verib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə