ABŞ prezidenti Co Bayden Körfəz ölkələri, Misir, İraq və İordaniya liderlərinin iştirakı ilə Səudiyyə Ərəbistanında keçiriləcək sammit öncəsi İraqın baş naziri Mustafa Əl-Kazemi ilə görüşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Co Bayden Səudiyyə Ərəbistanının Ciddə şəhərində təmaslarını davam etdirir. Misir, İraq və İordaniya liderlərinin iştirakı ilə keçiriləcək sammit öncəsi Bayden Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri ilə ikitərəfli danışıqlar aparır. Bayden təmasları çərçivəsində İraqın baş naziri Mustafa Əl-Kazemi ilə görüşüb.
Görüşdə iki ölkə arasında tərəfdaşlığın Strateji Çərçivə Sazişi çərçivəsində davam etdirilməli olduğu vurğulanıb. İki lider terror təşkilatı DEAŞ-ın yenidən iqtidara gəlməsinin qarşısını almaq üçün İraq və ABŞ arasında təhlükəsizlik koordinasiyasının davam etdirilməsi mövzusunda razılaşdıqlarını ifadə ediblər. Bundan əlavə, İraqda xalqının iradəsinə cavab verən yeni hökumətin qurulmasının vacibliyinə diqqət çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB