Narkotik lideri tutulub

Federal Təhqiqatlar Bürosunun (FTB) ən çox axtarılan 10 qaçaq siyahısında yer alan narkotik qaçaqmalçılığı lideri Rafael Karo Kinteronun Meksikada təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Meksika və ABŞ hökumətləri tərəfindən illərdir axtarışda olan narkotik ticarəti təşkilatının lideri Rafael Karo Quintero Meksikanın Sinaloa əyalətinin Çoix şəhəri ətrafında yaxalanıb.
Meksika Baş Prokurorluğu və Meksika Hərbi Dəniz Qüvvələri Katibliyinin (SEMAR) birgə əməliyyatı nəticəsində Çoix şəhərinin bir kənd yerində müəyyən edilən Quintero, kolların arxasında gizlənərkən Maks adlı təlimçi itin köməyi ilə tapılıb.
Qeyd edək ki, Quinteronun tutulması üçün başına 20 milyon dollar mükafat verilirdi. Bu isə bir narkotik tacirinə verilən ən böyük mükafat idi.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə