Yaponiyada sel fəlakəti baş verib

Yaponiyada sel fəlakəti baş verib

Japonya'da sağanak yağışların neden olduğu sel felaketi nedeniyle 106 bin haneye tahliye emri verilib.

SİA xarici mətbuata istinadən xəbər verir ki, dünən axşam saatlarından etibarən Yaponiyanın bir çox bölgəsinə təsir edən güclü yağışlar həyata mənfi təsir edib. Miyaqi əyalətinin bir çox bölgəsində, xüsusilə Hiqaşi Matsuşima, Sendai, Osaki və Furukava şəhərləri ilə Matsuşima və Osato qəsəbələrində daşqınlar yaşanarkən, İvate və Miyaqi əyalətlərində bir çox çayda suyun səviyyəsinin kritik səviyyədə yüksəldiyi açıqlanıb.
Matsuşima qəsəbəsində 14 fərqli bölgədə sürüşmənin olduğu, Sendai şəhərində isə 106 min ev təsərrüfatlarının təxliyəsi əmri verildiyi bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə