Avropada səfərbərlik elan edildi

Avropada səfərbərlik elan edildi

Yanğınların qarşısını almaq mümkün olmadığı üçün Portuqaliya təcili yardım üçün Aİ Mülki Müdafiə Mexanizmini işə salıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Avropa Komissiyası İspaniyadakı “rescEU” donanmasından 2 “Canadair” yanğınsöndürmə təyyarəsini səfərbər edir. Avropaya yayılan isti hava dalğası Portuqaliya, Fransa və İspaniyada meşə yanğınlarının artmasına səbəb olur. İspaniyanın cənubundakı bir çox kurort bölgələri yanğınlar səbəbindən boşaldılıb. Portuqaliyada 3500-ə yaxın yanğınsöndürən onlarla meşə yanğını ilə mübarizə aparır.
Fransanın cənub-qərbindəki Jironde bölgəsində iki fərqli nöqtədə yanğınları söndürmək mümkün deyil. Landirasda baş verən yanğın 4200 hektar ərazini yanıb. Arcachon Bay ərazisində 3100 hektar ərazi yanıb. Ümumilikdə 11 min insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə