Ötən gün bölgədə çoxlu atışma olub

Ötən gün bölgədə çoxlu atışma olub

Donetsk vilayətində son gün ərzində rusların atəşə tutması nəticəsində 8 dinc sakin həlak olub, 13 nəfər yaralanıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki,

bu barədə məlumat telemarafonunun efirində Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

O qeyd edib ki, cümə günü çoxlu atəş olub. Onun sözlərinə görə, işğalçılar, xüsusən, Slavyansk, Soledar, Baxmut, Toretsk, Krasnoqorovka, Uqledarı atəşə tutublar.

Kirilenko iyulun 15-də Kramatorsk şəhərinin mərkəzinin atəşə tutulduğunu, lakin itkilərin olmadığını bildirib.

Lisiçanskın tutulmasından sonra Rusiya Federasiyasının hərbi-siyasi rəhbərliyi “operativ fasilə” elan ediblər. Buna baxmayaraq, düşmən rayonun inzibati sərhədinə çatmaq üçün Donetsk vilayətində hücum əməliyyatlarını davam etdirir.

İşğalçılar Nikolaevka - Spornoe, Mironovka - Uqleqorskaya İES və Vidrodjennya - Verşina istiqamətlərində taktiki mövqelərini yaxşılaşdırmaq üçün bir neçə uğursuz cəhd etdilər.

Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, rus qoşunları Slavyansk-Seversk-Baxmut xətti boyunca genişmiqyaslı hücuma hazırlaşır.

Qeyd edilir ki, Bryansk və Kursk vilayətlərinin sərhəd bölgələrində Müdafiə Qüvvələrinin mövcudluğunu nümayiş etdirmək və hərəkətlərini məhdudlaşdırmaq üçün düşmən dörd batalyon taktiki dəstəsini saxlayır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə