Dünyanın əsas avtomobil bazarlarından olan Avropa İttifaqında ötən yarımildə 4,6 milyon ədəd təzə avtomobil satılıb.
SİA APA-ya istinadən xəbər verir ki, statistikanı Avropa Avtomobil İstehsalçşıları Assosiasiyası yayıb.
Satışların azalması həm də bazara çıxarılan avtomobil sayının azalması ilə izah edilir. Çip və digər elektronika detalları çatışmadığı üçün bir çox istehsalçı ucuz modellərin istehsalını dayandırıb.
Azalma ölkələr üzrə də fərqlidir. ən ağır vəziyyət İtaliyada qeydə alınıb. Burada ilk yarımildə satılmış təzə avtomobil sayı 22,7 faiz azalıb. Bundan başqa geriləmə Fransada 16,3 faiz , Almaniyada 11 faiz , İspaniyada 10,7 faiz olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB