Rusiya Dneprə raket zərbəsi endirib...

...3 nəfər ölüb, 15 nəfər yaralanıb
Rusiya Dneprə raket zərbəsi endirib...

Rusiyanın Dneprə raket hücumu nəticəsində 3 nəfər ölüb, daha 15 nəfər yaralanıb.

SİA-nın rusdilli saytlardan əldə etdiyi məlumata görə,

bu barədə Dnepropetrovsk OVA-nın rəhbəri Valentin Rezniçenko məlumat verib.

Onun sözlərinə görə, raketlər sənaye müəssisəsinə və onun yanındakı hərəkətli küçəyə düşüb. Dağıntının miqyası dəqiqləşdirilir. Dnepr Şəhər Şurasının Nəqliyyat Departamentinin mütəxəssisi İvan Vasyuçkov bildirib ki, şəhər marşrutlarından birinin avtobus sürücüsü həlak olub. “Adam artıq iş gününü bitirmişdi və sabah səhər saat 5-də işə qayıtmaq üçün parka gedirdi. O, ora çatmadı...”

Bunu Vasyuçkov yazıb.

Dnepr merinin müavini Mixail Lısenko bildirib ki, raket hücumu nəticəsində suyun verilməsində bir müddət fasilələr yarana bilər. "Su ilə tam vanna qəbul etməyə ehtiyac yoxdur. Biz artıq işləyirik", - o yazıb.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bildirir ki, X-101 raketləri Xəzər dənizinin şimal hissəsindən Tu-95 TS strateji təyyarəsindən buraxılıb. Verilən məlumatda “Vostok” hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən 4 raketin vurulduğu bildirilir.

Rezniçenko, ümumilikdə altı raketin atıldığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə