ABŞ Rusiyanı Ukrayna ilə danışıqlara çağırıb

ABŞ Rusiyanı Ukrayna ilə danışıqlara çağırıb

ABŞ Rusiyanı Ukrayna ilə danışıqlar masasına oturmağa çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Pentaqonun yüksək vəzifəli rəsmisi bildirib.

Onun sözlərinə görə, Moskva belə bir qərar verərsə, Vaşinqton alqışlayacaq. “Rusiya istədiyi gün Ukrayna ilə danışıqlar masasına otura bilər. Bu, təbii ki, müsbət addım olardı”. Deyim ki, bunuPentaqonun sözçüsü bildirib.

Yeri gəlmişkən bu ərəfədə Müdafiə Nazirliyi Rusiyanın taxılla bağlı təkliflərini müşavirənin iştirakçıları tərəfindən dəstəkləndiyini açıqlayıb.

Xatırladaq ki, iyulun 13-də İstanbulda BMT, Rusiya, Türkiyə və Ukrayna nümayəndələrinin birgə görüşü keçirilib. Verilən məlumatlara görə, görüşdə kənd təsərrüfatı məhsullarının ixrac oluna bilməsi üçün Ukrayna limanlarının blokdan çıxarılmasının mümkün variantlarını müzakirə edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə